...

Nəsimi Festivalı çərçivəsində Rain Sultanov və İsfar Sarabskinin təqdimatında “Silsilə”

Cəmiyyət Materials 29 Sentyabr 2018 01:34 (UTC +04:00)
Sentyabrın 28-də Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Azərbaycanın Əməkdar artistləri Rain Sultanov və İsfar Sarabski yeni musiqi layihəsi təqdim ediblər.
Nəsimi Festivalı çərçivəsində Rain Sultanov və İsfar Sarabskinin təqdimatında “Silsilə”

Bakı. Trend:

Sentyabrın 28-də Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Azərbaycanın Əməkdar artistləri Rain Sultanov və İsfar Sarabski yeni musiqi layihəsi təqdim ediblər.

“Silsilə” (“Cycle”) adlı layihə mənəvi və əbədi dəyərləri tərənnüm edir.

Gecədə İsfar Sarabski fortepiano ilə yanaşı, orqanda caz musiqisi ifa edib. Kamilliyin zirvəsinə səsləyən musiqi ifaçıları pak və ali hisslər rəmzinə çevrilmiş orqan alətinə müraciət etməyə yönəldib. Layihəni təşkil edən “Planet”, “Simbioz”, “Ruh qayıdışı”, “Sükut” və başqa pyeslər fəlsəfi üfüqlərə işarət edir.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq keçirilən Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunub. Şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Sentyabrın 30-dək keçiriləcək festival Nəsiminin fəlsəfi baxışlarını əks etdirən “Simadan – asimana” və onun öz kəlamından götürülən “Zərrə mənəm, günəş mənəm…” şüarları ilə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti