...

Nəsimi Festivalı çərçivəsində Şirvanşahlar sarayında maraqlı musiqi layihəsi təqdim edilib (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2018 19:47 (UTC +04:00)
Sentyabrın 29-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şirvanşahlar sarayında maraqlı musiqi layihəsi təqdim olunub
Nəsimi Festivalı çərçivəsində Şirvanşahlar sarayında maraqlı musiqi layihəsi təqdim edilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 29-da Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Şirvanşahlar sarayında maraqlı musiqi layihəsi təqdim olunub.

Trend-in məlumatına görə, təqdimatda festivalın əlaqələndiricisi, Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov çıxış edərək təqdim olunacaq musiqi layihəsi barədə məlumat verib. Bildirib ki, görkəmli alman bəstəkar Karlhayns Ştokhauzenin (Karlheinz Stockhausen) “Yeddi gündən” (“Aus deb sieben Tagen”) əsərini beynəlxalq musiqiçilərdən ibarət heyət kollektiv improvizasiya şəklində ifa edəcək.

Bildirib ki, layihədə fərqli mədəniyyət və üslubları təmsil edən musiqiçilər - Azərbaycandan Əməkdar artistlər Elçin Şirinov və Şəhriyar İmanov, skripkaçı Osman Eyublu və digər ölkələrdən Kudsi Erguner (Türkiyə), Sefudi Koyate (Qvineya), Naomi Sato (Yaponiya), Kristina Vantsu (ABŞ/Belçika), Elizabet Harnik (Avstriya) və Canluka İadema (İtaliya) iştirak edəcəklər.

Sonra musiqi layihəsi təqdim edilib.

Bəstəkar əsərdə bir not belə yazmadan, ifaçıları mənəvi cəhətdən ruhlandıran mətnlər tərtib edib. Musiqiçilər həmin mətnləri oxuyaraq sərbəst improvizələr edir və bu prosesdə onlar həm müəllifdən, həm də bir-birinin ifasından ilhamlanmış olurlar. Musiqiçilərin eyni məkanda deyil, saray kompleksinin bir-birindən aralı müxtəlif guşələrində yerləşdirilməsi sanki xəlvətlikdə, tənhalıqda həqiqəti dərketməni təcəssüm etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti