Leyla Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İmmolatio” tamaşasının premyerasına baxıb (FOTO)

Leyla Əliyeva Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İmmolatio” tamaşasının premyerasına baxıb (FOTO)

Bakı. Trend:

Sentyabrın 29-da Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində şair Leyla Bəyim və kinorejissor Yefim Avramovun müəllifi olduğu “İmmolatio” ("Qurbanvermə") tamaşasının premyerası olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tamaşanın premyerasına baxıb.

Pyes eyni ildə doğulmuş, eyni vaxtda dünyanın müxtəlif nöqtələrində - Şərqdə və Qərbdə, Azərbaycanda və Çexiyada yaşamış iki böyük mütəfəkkirə həsr edilib. İmadəddin Nəsimi (1369-1417) və Yan Qus (1369-1415) oxşar baxışlara, ideyalara, doğma dilin qorunması və inkişafına bənzər münasibətlərə sahib olublar.

Pyesdə Şərq və Qərb dünyasında mədəniyyətlərin və baxışların oxşarlığından bəhs olunur. Bu əsər imkan verir ki, tamaşaçı iki böyük mütəfəkkirin o dövrdə baş verən tarixi hadisələrə münasibəti ilə tanış olsun.

Əsər keçmişimizdən, qan yaddaşımızdan bu günə qədər yaşadığımız böyük bir dövrü əhatə edir. Pyesdə belə bir ideya var ki, istər Nəsimi, istərsə də Yan Qus gələcək nəsillərə ərməğan qoyub gediblər. Böyük axtarışlardan sonra hər kəs tam əmin olur ki, bu iki mütəfəkkirin qoyub getdiyi ərməğan əqidələri uğrunda apardıqları mübarizədir. Öz xalqlarına olan sonsuz sevgi, məhəbbət, əqidə uğrunda mübarizə, heç nəyin qarşısında sınmamaq... Onlar bütün bu yüksək ali keyfiyyətləri özlərindən sonra gələnlərə örnək olaraq qoyub gediblər. Əsərin əsas qayəsi də insanın öz əqidəsi uğrunda mübarizə aparmağa, öz xalqını sevməyə çağırışdır.

Nəsimi və Yan Qusa həsr olunmuş tamaşada sanki Şərq və Qərb arasında paralellər aparılır. Tamaşanın maraqlı tərəflərindən biri də odur ki, səhnə əsəri bütün binanı əhatə edir. Daha dəqiq desək, tamaşaçılar aktyorların ardınca bir otaqdan digərinə keçməklə ayrı-ayrı hekayələrin şahidi olurlar.

Pyesin süjetinə görə, Praqa Universitetindən olan gənclər Nəsimi və Yan Qus yaradıcılığını araşdırırlar. Onlar hesab edirlər ki, Şərq və Qərb mədəniyyətinə aid olan bu iki dahi insan gələcək nəsillərə hansısa müraciət ünvanlayıblar. Pyesin əsasında da XV və XXI əsrləri birləşdirən bu müraciətin axtarışları dayanır.

Azərbaycan və rus dillərində təqdim edilən dördpərdəli tamaşada paytaxtın müxtəlif aparıcı teatrlarının aktyorları rol alıb.

Qərbdə və Şərqdə yaşayan iki dahi mütəfəkkir- Nəsimi ilə Yan Qusa həsr olunmuş səhnə əsəri maraqla qarşılanıb.

Xatırladaq ki, pyes rus dilində şeir formasında yazılıb, Azərbaycan və ingilis dillərinə tərcümə edilib.

Sonda tamaşanın yaradıcı heyəti ilə xatirə şəkli çəkdirən Leyla Əliyeva onlarla səmimi söhbət edib, premyeranın uğurlu keçməsi münasibətilə təbriklərini çatdırıb, kollektivin gələcək planları ilə maraqlanıb və onlara işlərində uğurlar arzulayıb.

Tamaşa üzərində iki ildir iş apardıqlarını söyləyən quruluşçu rejissor, Azərbaycanın Xalq artisti Vaqif Əsədov bildirib ki, bu ideya təsadüfdən ortalığa atılsa da sonradan ciddi işə çevrildi.

Sənətkar deyib ki, dahi mütəfəkkir və filosof Nəsimiyə həsr edilmiş festivalın təşkili təkcə ölkənin mədəni həyatı üçün yox, ümumilikdə bütün ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir. “Bu əsərdə, doğurdan da, Nəsimi ilə çex filosofu, mütəfəkkiri Yan Qusun talelərinin oxşarlığından və ideya, əqidə baxımından onların çox yaxın, doğma olduqlarından bəhs edilir. Sözsüz ki, bunu teatrlarda tamaşa kimi hazırlamağı da düşünürük. Əsərdəki hadisələr iki dövrdə baş verir - XV və XXI əsrlərdə. Biz burada ancaq XV əsrdə baş vermiş epizodlardan istifadə edirik", - deyə rejissor vurğulayıb.

İmmersiv tamaşanın ideyasının ona məxsus olduğunu bildirən Mərkəzin direktoru Anna İbrahimbəyova deyib: “Bizim Mərkəzə bu tamaşanı səhnələşdirmək təklif olundu. Amma Mərkəz teatr deyil, onun tamaşa üçün xüsusi səhnəsi yoxdur. Ona görə də düşündüm ki, bu pyesin səhnələşdirilməsi zamanı Mərkəzin bütün binasından istifadə edilə bilər. Mən bu ideyanı təklif etdim, həm rejissor, həm də müəllif tərəfindən bəyənildi. Tamaşanın təqdimatı təkcə bir günlə məhdudlaşmır, növbəti günlərdə də tamaşaçılar, festivalın qonaqları bu səhnə əsərini izləyə biləcəklər. İnanırıq ki, bu səhnə əsəri çox seviləcək. Belə bir ideya da yaranıb ki, Mərkəzdə axşam tamaşalarının səhnələşdirilməsi həyata keçirilsin”.

Belə maraqlı tamaşanın Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində təqdim edilməsini yüksək qiymətləndirən Leyla Bəyim deyib: “Maqsud İbrahimbəyov nəhəng dramaturq idi. Belə bir simvolik yerdə iki böyük mütəfəkkirə həsr olunan pyesin oynanılmasının enerjisi bir başqadır. Əsər üzərində işləyərkən öyrəndim ki, Nəsimi ilə Yan Qus oxşar taleli insanlardır. Onlar eyni ideyaların daşıyıcılarıdır. Bu dahilərin hətta ölümləri də eynilik təşkil edir. Bütün bunlar pyesdə dolğunluğu ilə əksini tapıb”.

Qeyd edək ki, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı sentyabrın 30-dək davam edəcək.

"Brent" markalı neftin qiyməti  71 dolları ötüb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
SOCAR Litva benzininin Ukraynaya əsas tədarükçüsü olub
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun iclası keçirilib
Loading Bars
Xəbər lenti
Koronavirusla mübarizə tədbirləri qripə yoluxma hallarını azaldıb - ÜST
Almaniyada "YouTube"un işində qüsurlar qeydə alınıb
Kolumbiya mətbuatında Vətən müharibəsinin nəticələri və Xocalı soyqırımı barədə danışılıb (FOTO)
Braziliyanın paytaxtında komendant saatı tətbiq edilib
Fransada ötən sutka koronavirusdan 359 nəfər ölüb
Yaponiyanın şimal-şərqində zəlzələ olub
"Facebook Messenger"in işində problemlər yaranıb
Bağdadda partlayış baş verib, xəsarət alanlar var
Niderlandda komendant saatı martın 31-dək uzadılıb
Britaniyada daha 4 712 koronavirusa yoluxma hadisəsi qeydə alınıb
ABŞ Ali Məhkəməsi Trampın seçkilərin yekunları üzrə son apellyasiya şikayətini rədd edib
Bu gün Azərbaycanda Yel çərşənbəsidir
Türkiyənin tanınmış aktyoru Rasim Öztekin vəfat edib
Türkiyədə koronavirusdan sağalanların sayı 2,63 milyon nəfəri ötüb
Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb
Afrikada koronavirusa yoluxanların sayı 4 milyon nəfərə çatır
“Israel HaYom” qəzeti: Azərbaycan Prezidenti Administrasiyasının rəsmi nümayəndəsi tibbi yardım üçün İsrailə təşəkkür edib
ABŞ-da koronavirusa yoluxanların sayı 29 milyon nəfəri keçdi
Ərdoğan və Conson ikitərəfli münasibətləri müzakirə ediblər
Avstriyada koronavirusun "Braziliya" ştammına ilk yoluxma halı qeydə alınıb
ASAN könüllülərindən şəhid xanımlarına diqqət (FOTO/VİDEO)
Suriya prezidenti Bəşər Əsəd və xanımı koronavirusa yoluxublar
Azərbaycanda 195 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 6 nəfər vəfat edib
AHİK sədri Beynəlxalq Qadınlar Günü münasibətilə Azəraycan xanımlarını təbrik edib
Azərbaycan qadınları daim nəcib, xeyirxah təşəbbüsləri ilə dünyaya nümunə olublar - Pərvin Kərimzadə
Azərbaycan Aİ-dən idxalı artırıb
Tailand peyvəndlənən turistlər üçün karantin müddətini iki dəfə azaldır
AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinə verilmiş vəsiqə oldu - Deputat
İspaniyada 8 Martla əlaqədar aksiyaların keçirilməsi qadağan edilib
“YAŞAT” Fondu daha bir qazinin yeni doğulan övladına hesab açır (FOTO)
Roma papasının İraqa səfəri başa çatıb
Azərbaycanla birgə sənaye şəhərciyi yaratmaq İranın iqtisadi inkişafının nailiyyətidir - Nazir
ABŞ İran sərhədlərinə bombardmançı göndərdi
İranda ötən sutka 99 nəfər koronavirusdan ölüb
Livanda etirazçılar əsas yolları bağlayıb
MDU rektoru xanım əmkdaşları təbrik edib (FOTO)
Türkiyədə peyvənd olunanların sayı 10 milyonu keçib
Kürdə batan şəxsin meyiti 36 gündən sonra tapıldı
BMT Konqresində Ermənistanın hərbi cinayətləri ifşa edilib
Türkiyədə 31 FETÖ üzvü saxlanılıb
Cənab İlham Əliyev prezident seçildiyi ilk gündən xoşagəlməz hallara qarşı kəskin mübarizə aparılıb – Deputat
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olur - Deputat
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanıldı
Qadınlar arasında sahibkarlıq fəaliyyətinə maraq artır
Sahibə Qafarova 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qadınları təbrik edib
Zəngilan rayonunun Qaragöz kəndi (VİDEO)
Yaponiyalı iş adamları Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər (FOTO)
Badamdardakı sürüşmə zonasında 3 quyu qazılır - FHN
"Barselona" futbol klubunun prezidenti seçilib
Sabah hava necə olacaq?
Nazirlikdən Badamdardakı sürüşmə ilə bağlı AÇIQLAMA
“La Vanguardia” qəzeti: Müharibədən sonra Qarabağa qayıdış
Bakıda 8 mart (FOTOREPORTAJ)
ABŞ-da reper öldürülüb
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Həftə sonu yol qəzalarında 4 nəfər ölüb
Ermənistanda koronavirusdan ölənlərin sayı 4 mini keçdi
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı (FOTO/VİDEO)
Xızıda dəmir torlar oğurlayan şəxs yaxalandı (FOTO)
Badamdar yamacı yenidən sürüşdü (FOTO)
İstanbulda küçəyə çıxma qadağası götürüləndən sonra böyük tıxaclar yaranıb
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Xaçmaz Rayon İcra Hakimiyyətində Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid anaları və digər qadınlarla görüş keçirilib (FOTO)
Axtarışda olan Biləsuvar sakini Bakıda saxlanıldı
Lənkəranda karantini pozan daha 3 obyekt aşkarlandı
Səudiyyə Ərəbistanının neft təsislərinə PUA-larla hücum edilib
Aİ-də hər ay 100 milyon doza koronavirus peyvəndi alınacağı gözlənilir
Epidemioloji vəziyyəti nəzarətdə saxlamaq üçün ən səmərəli üsul karantinin tətbiqidir - İnfeksionist
Millət vəkili Sevil Mikayılova Xaçmazda ictimai fəal qadınlarla görüşüb (FOTO)
Finlandiya karantin tədbirlərini sərtləşdirir
Koronavirus Avropaya daha bir ciddi təhlükə yaradıb
"Brent" markalı neftin qiyməti 71 dolları ötüb
Blinken Əfqanıstan liderini BMT-nin təşkilatçılığı ilə sülh konfransı keçirməyə çağırdı
Venesuela prezidenti "Sputnik V" ilə aşılandıqdan sonra özünü yaxşı hiss etdiyini deyib
Bitkoinin qiyməti 51 320-yə yüksəlib
Cənubi Koreya ABŞ hərbçilərinin ölkədə saxlanmasına xərcləri artıracaq
Tramp vəzifəsindən getdikdən sonra Nyu-Yorka ilk səfərini edəcək
Ekvatorial Qvineyada dörd güclü partlayış olub, ən az 20 nəfər ölüb
Azərbaycanda 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunur
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib
Türkiyədə son sutkada koronavirusdan 7 785 nəfər sağalıb
Futbol üzrə İspaniya çempionatı: "Atletiko" liderliyə davam edir
Bakıda avtoyuma məntəqəsində yanğın olub
Cüdo üzrə millimiz “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub (FOTO)
"Liverpul" İngiltərə Premyer Liqasında ardıcıl altıncı ev məğlubiyyətini alıb
ÜST: Dünyada ötən sutka koronavirusa 478 mindən çox yoluxma qeydə alınıb
Güclü külək əsir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Güclü külək paytaxt küçələrində fəsadlar törədib - FHN (FOTO/VİDEO)
Fransada hava bombasını zərərsizləşdirmə əməliyyatına görə 4,5 mindən çox insan təxliyə edilib
“Böyük dəbilqə”: Cüdoçumuz Məmmədəli Mehdiyev bürünc medala sahib olub
Azərbaycanın Zəfərinin arxasında Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasət dayanır - Deputat
YAP bundan sonra fəaliyyətini müasir çağrışlara uyğun həyata keçirəcək - YAP İdarə Heyətinin üzvü
Respublikanın 24 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı təşkil olunub
Azərbaycan təmsilçisi yüngül atletika üzrə Qış Avropa çempionatında ikinci yeri tutub
Bu gün Yeni Azərbaycan Partiyası ölkənin siyasi sisteminin monolit gücüdür - Vüqar Rəhimzadə
Dövlət qulluğuna qəbul olmaq üçün keçirilən test imtahanları başa çatıb
Ağdam rayonunun Suma kəndi (VİDEO)
6 partiyanın milli maraqlar naminə YAP-a qoşulması yeni siyasi həmrəylik modeli oldu - Pərvin Kərimzadə
Bütün xəbərlər