...

Qazaxıstanlı tamaşaçı: Aerobika gimnastikası üzrə çempionat xoş hisslər yaradır

Cəmiyyət Materials 6 Oktyabr 2018 18:00 (UTC +04:00)
Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi xoş hisslər yaradır
Qazaxıstanlı tamaşaçı: Aerobika gimnastikası üzrə çempionat xoş hisslər yaradır

Bakı. Cani Babayeva - Trend:

Aerobika gimnastikası üzrə 4-cü Azərbaycan çempionatı və Bakı birinciliyi xoş hisslər yaradır.

Bunu Trend-ə yarışları izləməyə gələn qazaxıstanlı tamaşaçı Gülcanat Qubaşeva deyib.

O bildirib: "Mən valideynəm və Bakıya Qazaxıstan yığması ilə birgə gəlmişəm. Əlbəttə, biz Aerobika gimnastikası üzrə Azrbaycan çempionatı barədə çox eşitmişik, bundan əvvəlki çempionatlar barədə xoş təəssüratlar var. Deyə bilərəm ki, təşkilatçılıq xoş hisslər yaradır, nizam-intizam dəqiqlik və möhtəşəmlik nəzərə çarpır. Arzu edirəm ki, ildən-ilə Azərbaycandakı aerobika gimnastikası inkişaf etsin və azərbaycanlı gimnastların uğurları bol olsun!"

Bu gün Milli Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə 4-cü Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.

Əvvəlcə 7-8 yaşlı gimnastlar fərdi və üçlük proqramında çıxış ediblər.

Fasilədən sonra 9-11, 12-14, 15-17, 18 və daha böyük yaş kateqoriyalarında yer alan gimnastlar fərdi qadın, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

Yarışda Azərbaycan gimnastları ilə yanaşı, Bolqarıstan, Rusiya, Ukrayna və Qazaxıstandan 200-dən artıq idmançı birincilik uğrunda mübariz aparır.

Final mərhələsi sabah baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti