...

Bu yolda rənglənmə işləri aparılacaq

Cəmiyyət Materials 11 Oktyabr 2018 15:21 (UTC +04:00)
İşlər səhər saatlarına qədər yekunlaşdırılacaq.
Bu yolda rənglənmə işləri aparılacaq

Bakı. Elçin Mehdiyev - Trend:

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, işlər səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti