Bakı. Elçin Mehdiyev - Trend:
VI Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən Dayanıqlı İnkişafa dair Bakı Forumu oktyabrın 26-da işini davam etdirir.
Trend-in məlumatına görə, Forum çərçivəsində "2030-cu ilədək dayanıqlı inkişaf üçün sülhsevər və inklüziv cəmiyyətləri təşviq etmək, hamı üçün ədalət məhkəməsinə çıxış imkanını təmin etmək və bütün səviyyələrdə səmərəli, məsuliyyətli və inklüziv təşkilatlar qurmaq", "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında BMT-nin İnkişaf Proqramının Aktuallaşdırma, Sürətləndirmə və Siyasətə Dəstək Missiyasının rolu" və "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün təmiz su təchizatı, o cümlədən iqlim dəyişikliyi və onun təsirləri ilə mübarizə aparmaq üçün əməkdaşlığın gücləndirilməsi" mövzularında sessiyalar keçiriləcək.
Trend bu mötəbər tədbirdən FOTO-ları təqdim edir:
FOTO: Zaur Mustafayev