Bakı. Trend:
Oktyabr ayı ərzində Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Beyləqan, Biləsuvar, Cəbrayıl, Daşkəsən, Füzuli, Qaradağ, Qax, Qazax, Salyan, Tərtər, Xızı, Xocavənd rayonları, Bakı və Gəncə şəhərləri ərazisində 451,263 kv.m ərazi yoxlanılıb, 948 ədəd partlamamış hərbi sursat (PHS) və 1 ədəd piyada əleyhinə mina (cəmi 949 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan Trend-ə verilən məlumata görə, əməliyyatlarda 482 nəfər əməliyyat heyəti, 135 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 531,064,537 kv.m (53,106.45 ha) ərazi təmizlənib, 800,592 ədəd mina və PHS tapılaraq zərərsizləşdirilib.
2018-ci ilin oktyabr ayı ərzində Tərtər rayonu ərazisində 1 mina hadisəsi qeydə alınıb, nəticədə Həsənov Azad Kamandar oğlunun sol ayağı dizdən aşağı amputasiya olunub.