...

Qubada 60 nəfərə yeni nəsil şəxsiyyət vəsiqələri verilib (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2018 20:13 (UTC +04:00)
Onlar arasında 10 nəfər ilk dəfə şəxsiyyət vəsiqəsi alanlardır.
Qubada 60 nəfərə yeni nəsil şəxsiyyət vəsiqələri verilib (FOTO)

Bakı. Trend:

Oktyabr ayının 1-dən Qubada 60 nəfər sakin Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinə müraciət edərək yeni nəsil şəxsiyyət vəsiqələri ilə təmin olunub.

Trend-in məlumatına görə, bölmə rəisi, polis kapitanı Ramin Məmmədov bildirib ki, onlar arasında 10 nəfər 18 yaşı tamam olmuş və ilk dəfə şəxsiyyət vəsiqəsi alanlardır.

Yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən olunmuş dövlət rüsumunun məbləği haqqında da məlumat verən R.Məmmədov bildirib ki, rüsumlarda heç bir dəyişiklik yoxdur.

O həmçinin yeni nəsil şəxsiyyət vəsiqələrinin təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha təkmil olduğunu, vətəndaşlar barədə zəruri məlumatın əks olunduğunu bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti