...

Qaradağda “Mənim üçrəngli bayrağım” mövzusunda şeir müsabiqəsinin final mərhələsi keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Noyabr 2018 11:48 (UTC +04:00)

Bakı. Trend:

Ə.Əmirov adına Mədəniyyət Sarayında rayon Gənclər və İdman İdarəsi və Qarabağ müharibəsi Əlilləri və Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının birgə təşkilatçılığı ilə “9 Noyabr-Dövlət Bayrağı günü”nə həsr olunmuş Qaradağ rayon məktəbliləri arasında “Mənim üçrəngli bayrağım” mövzusunda şeir müsabiqəsinin final mərhələsi keçirilib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə Qarabağ müharibəsi Əlilləri və Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Qaradağ rayon filialının sədri Maqsud Heydərov açıb.

Üçrəngli bayrağın təsis olma tarixini, yad qüvvələrin onu yaddaşlardan silmə cəhdlərini nəzərə çatdıran çıxışçı qeyd edib ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Muxtar respublikanın bayrağı kimi qəbul olunaraq ikinci dəfə rəsmi surətdə qaldırılıb və yalnız Ulu Öndərin belə bir tarixi addımından sonra 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Parlamenti tərəfindən təsdiq olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı imzalanmış Sərəncam xüsusilə vurğulanıb. Deyilib ki, hal-hazırda Bakıda Dövlət Bayrağı meydanında Azərbaycan Respublikasının dövlət bayrağı dünyanın ən hündür bayraq dirəyində 162 metr hündürlükdə ucalır.

Şeir müsabiqəsinin qayda və şərtləri izah olunduqdan sonra şeir müsabiqəsinə start verilib. Şagirdlər böyük ruh yüksəkliyi ilə Azərbaycan şairlərinin bayraq haqqında şeirlərini söylədilər və həmçinin bədii kompozisiyalar da ifa olunub.

Şeir müsabiqəsinin münsiflər heyətlərinin qiymətləndirməsi əsasında yekun protokolu tərtib olundu və qaliblər aşağıdakı qaydada müəyyən edilib.

Yuxarı sinif şagirdləri arasında (8-11siniflər)

I yer - Şəbnəm Feyziyeva - 233 saylı tam orta məktəbin 11-ci sinif şagirdi

II yer - Səfurə Bənnəyeva - 288 saylı tam orta məktəbin 11-ci sinif şagirdi

III yer - Sudabə Quliyeva - 166 saylı tam orta məktəbin 8-ci sinif şagirdi

Aşağı sinif şagirdləri arasında (4-7siniflər)

I yer - İbrahim Şirinov - 180 saylı tam orta məktəbin 7-ci sinif şagirdi

II yer - Fidan Əkbərzadə - 302 saylı tam orta məktəbin 5-ci sinif şagirdi

III yer - İsmayıl Məmmədzadə - 294 saylı tam orta məktəbin 5-ci sinif şagirdi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti