...

Bakıda bu marşrutun fəaliyyəti dayandırılır

Cəmiyyət Materials 20 Noyabr 2018 14:46 (UTC +04:00)
Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.
Bakıda bu marşrutun fəaliyyəti dayandırılır

Bakı. Elçin Mehdiyev - Trend:

Noyabrın 22-dən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) müntəzəm marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin 20.11.2018 tarixli müvafiq sərəncamına əsasən 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin müvəqqəti istimarına dair “Ayşən LTD” MMC ilə imzalanan müqaviləyə də xitam verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti