...

Çaylarda suyun səviyyəsi yenə dəyişdi

Cəmiyyət Materials 21 Noyabr 2018 20:19 (UTC +04:00)
Son günlər çaylarda suyun səviyyəsi dəyişib.
Çaylarda suyun səviyyəsi yenə dəyişdi

Bakı. Trend:

Son günlər çaylarda suyun səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-130, Kiçik Qafqazın çaylarında 90-100, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 60-80 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 228 m3/s olmaqla ongünlük normanın 130 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 160 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 102 m3/s olmaqla, ongünlük normanın 119 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 39,5 m3/s təşkil edərək ongünlük normanın 46 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 17, Şirvanda 12, Salyanda 8, Bankədə 4, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm artım müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 395 sm (2017-ci il noyabrın 19-da 367 sm), Şirvanda 285 sm (2017-ci il noyabrın 19-da 257 sm), Salyanda 255 sm (2017-ci il noyabrın 19-da 217 sm), Bankədə 234 sm (2017-ci il noyabrın 19-da 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 125 sm (2017-ci il noyabrın 19-da 90 sm) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti