...

İlahiyyat İnstitutunda “Səfir saatı” layihəsi çərçivəsində İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2018 16:27 (UTC +04:00)
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşü təşkil olunub.
İlahiyyat İnstitutunda “Səfir saatı” layihəsi çərçivəsində İndoneziya səfiri ilə tələbələrin görüşü keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşü təşkil olunub.

Trend-in məlumatına görə, tədbirdə Aİİ-nin rəhbərliyi, müəllim-tələbə heyəti və digər qonaqlar iştirak ediblər.

İnstitutun rektoru Ceyhun Məmmədov Hüsnan Bəy Fanani və görüş iştirakçılarını salamlayaraq, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışaraq, bu siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla davam etdirdiyini bildirib. C.Məmmədov qeyd edib ki, Aİİ tələbələrinə diplomatlarla birbaşa ünsiyyət yaratmaq bacarığı, Azərbaycanın xarici əlaqələri və digər amillər haqqında daha ətraflı məlumat əldə etmək imkanı yaratmaq məqsədi ilə "Səfir saatı” layihəsi çərçivəsində Azərbaycandakı səfirliklərlə əməkdaşlıq qurur.

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani Azərbaycan-İndoneziya münasibətlərini şərh edib, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Tələbələr qarşısında çıxış edən Hüsnan Bəy Fanani Azərbaycanın dünyanın ən gözəl, zəngin ölkələrindən biri olduğunu vurğulayıb. Diplomat İndoneziyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zəminində Azərbaycanın ədalətli mövqeyini – ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etdiyini söyləyib.

Mədəni və mental dəyərlər baxımından iki ölkə xalqı arasında oxşarlıq olduğunu bildirən səfir İndoneziyanın multikultural, plüralist ölkə olduğunu diqqətə çatdırıb. Səfir əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi olan İndoneziya haqqında tələbələrə geniş məlumat verib.

Sonda səfir musiqinin müşayiəti ilə İndoneziya milli nəğmələrini və dünyaca məşhur Azərbaycan xalq mahnısı “Sarı gəlin”i ifa edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti