Mircəlal Kazımi: Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinə zəmin yaradır

Mircəlal Kazımi: Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinə zəmin yaradır

Bakı. İlhamə İsabalayeva - Trend:

Transplantasiya xəstənin həyatını xilas etmək üçün ən son çıxış yolu da hesab edilə bilər. Bir insandan digərinə orqanın köçürülməsi təcrübəsi ilk dəfə 1933-cü ildə Ukraynada gerçəkləşib. Bu əməliyyat zamanı xəstəyə ilk dəfə olaraq böyrək köçürülüb. Azərbaycanda da hələ sovet dövründə xəstələr üzərində böyrəkköçürmə əməliyyatları aparılsa da, bu iş sonradan dayandırılıb.

Müstəqillik dövründə isə Azərbaycanda böyrəkköçürmə əməliyyatları bərpa edilməklə yanaşı, qaraciyərin köçürülməsinə (2008-ci ildən) də başlanılıb.

Trend-in orqan transplantasiyası ilə bağlı suallarını Səhiyyə Nazirliyinin Transplantologiya İşinin Təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi cavablandırır.

- Bu il Azərbaycanda ilk qaraciyər transplantasiyası əməliyyatının aparılmasından 10 il keçir. Ötən bu dövrdə neçə xəstəyə orqan köçürülüb?

- Bu il dekabrın 12-də Azərbaycanda qaraciyər transplantasiyasına başlanılmasının 10 ili tamam olur. Əslində, Azəbaycanda ilk orqan köçürülməsi əməliyyatı 1971-72-ci illərdə akademik M.Cavadzadə tərəfindən həm canlıdan, həm də meyitdən böyrək transplantasiyası əməliyyatları ilə başlayıb. Həmin zaman bizim bu gün icra edə bilmədiyimiz əməliyyat - meyitdən orqan transplantasiyası da aparılıb. SSRİ dövründə M.Cavadzadə və komandası tərəfindən bu, böyük nailiyyət idi. Qürurverici hal odur ki, Azərbaycanda bu əməliyyatlara yaxın qonşularımız olan İran və Türkiyədən də əvvəl başlanıb. Lakin bu iş davam etdirilmədi və orqan köçürülməsi əməliyyatları dayandırıldı. Açığı, bu işin nəyə görə dayandırılmasının səbəbini dəqiq deyə bilmirəm. Ondan sonra 2000-ci ilin əvvəllərində professor Kamal Abdullayevin rəhbərliyi, xarici mütəxəssislərin iştirakı ilə təxminən 20-yə yaxın böyrək köçürülməsi əməliyyatı icra olundu. Lakin bu proqram da uğur qazana bilmədi, yəni davamlı olmadı. 2008-ci ilin dekabrın 12-dən bizim tərəfimizdən yalnız Azərbaycanda deyil, eyni zamanda Orta Asiya, Qafqaz regionunda canlıdan canlıya ilk qaraciyər transplantasiyası uğurla icra edildi. İlk dəfə olaraq, sırf Azərbaycan həkimlərinin iştirakı ilə aparılan bu əməliyyatdan sonra ölkəmizdə orqan köçürülmələrinə start verildi. Onu da qeyd edim ki, qaraciyər transplantasiyası edilmiş ilk xəstəmiz ictimai xadimdir, o, hazırda sağlam şəkildə əmək fəaliyyətini davam etdirir. İndiyədək 600-dən çox orqan transplantasiyası əməliyyatı icra edilib. Onların 450-ə yaxını böyrək, qalanı isə qaraciyər köçürülməsidir.

- Azərbaycanda orqan köçürülənlərin əksər hallarda böyrək çatışmazlığından əziyyət çəkən şəxslər olması belə xəstələrin daha çox olması anlamına gəlirmi?

- Əslində, digər orqan çatışmazlığından əziyyət çəkən insanların sayı kifayət qədərdir. Böyrək transplantasiyası edilmiş xəstələrin sayının qaraciyər köçürülən xəstələrin sayından çox olmasının bir neçə səbəbi var. Birinci səbəb donor problemidir. Təəssüf hiss ilə qeyd edim ki, biz hazırda yalnız canlı donordan xəstəyə orqan transplantasiyası əməliyyatı icra edirik. Beyin ölümü keçirmiş insanın, meyitlərin orqanlarından hələ ki, istifadə edə bilmirik. Amma mən inanıram ki, bu məsələ də öz həllini tapacaq. Digər problem donorların psixologiyası ilə bağlıdır. Qaraciyər çatışmazlığı olan xəstə üçün donorun qaraciyərinin bir hissəsi götürülür. Donor ola biləcək insanlar bu əməliyyatı etdirməkdən bir qədər çəkinirlər. Böyrək transplantasiyasında isə donor xəstəyə iki böyrəyindən birini verir. Ona görə də donorlar bunu daha rahat əməliyyat sayır.

- Azərbaycanda orqan transplantasiyasına ehtiyacı olan xəstələrin sayı dəqiqləşib?

- İndi bizdə belə xəstələrin dəqiq sayı yoxdur. Lakin onu bilirəm ki, transplantasiyaya ehtiyacı olan xəstələrin sayı bütün dünyada artmaqdadır. Çünki tibbi müayinələrin inkişafı, ətraf mühitin çirklənməsi əməliyyata ehtiyacı olan xəstələrin sayını artırır. Yeni başlayanda Azərbaycanda əməliyyatların sayı az idi, çünki insanların buna tələbatı olduğu halda inam və etibarı zəif idi. Xəstələrin əksəriyyəti orqan köçürülməsi üçün xarici ölkələrə gedirdilər. Lakin illər keçdikcə Azərbaycandan, eyni zamanda qonşu ölkələrdən bizə əməliyyat üçün müraciət etməyə başladılar və orqan köçürülməsi əməliyyatları üçün xaricə gedənlərin sayı kəskin şəkildə azalmağa başladı. İlk dövrlərdə əməliyyat etdiyimiz şəxslərin 60 -70 faizi xaricdə əməliyyat qərarı verilmiş, lakin bizim haqqımızda eşidərək geri qayıdan xəstələr idi. Bütün dünyada orqan köçürülməsi sırasında ən çətin əməliyyatlar pediatrik, yəni uşaqlar arasında keçirilən əməliyyatlardır. Çünki uşaq orqanizmi böyüməkdə olan orqanizmdir.

- Uşaqlar arasında qaraciyər xəstəliklərinin yayılması halları hansı səviyyədədir və bunun yaranma səbəbləri nələrdir?

- Uşaqlar arasında da qaraciyər çatışmazlığı olan xəstələr var. Uşaqlarda qaraciyər çatışmazlığının yaranmasının ən əsas səbəbləri "Wilson" xəstəliyi (qaraciyərdə misin toplanması), daha sonra anadangəlmə metobolik xəstəliklər, anadangəlmə öd yollarının olmaması, yaxud qüsurlu olmasıdır. Metobolik xəstəliklərə daha çox qohum evliliklərindən dünyaya gələn uşaqlarda rast gəlinir. Qohum evlilikləri uşaqlarda anadangəlmə qaraciyər xəstəliklərinin yaranmasına zəmin yaradır.

- Əsasən hansı səviyyədə olan qohum evliliklərində belə xəstəliklərin yaranması ehtimalı çoxdur?

- Qohum evlilikləri gələcəkdə uşaqların belə xəstəlik ilə doğulması üçün sadəcə risk faktorudur. Amma o qədər qohumluq əlaqələri ilə qurulan ailələr var ki, onlarda sağlam uşaq doğulur. Olduqca çox yaxın, genetik qohumluq əlaqələri ilə qurulan evliliklərdə belə hallara daha çox rast gəlinir. Azərbaycanda qohum evliliklərinə görə bir ailədə bir və ya bir necə uşağın qaraciyər xəstəlikləri ilə üzləşməsi halları var. Məsələn, qanlarında yağların miqdarının yüksək olduğu hipolipidemik xəstələrdə ailənin bir neçə üzvündə qaraciyər çatışmazlığı olur. Qaraciyərində mis yığılan "Wilson" xəstələrində də bu problem ailənin bir neçə üzvündə müşahidə edilir.

- Transplantasiya edilən xəstələrin əməliyyatdan sonra yaşama şansı nə qədərdir?

- Dünyanın heç bir yerində xəstələrdə köçürülmüş orqanların və ya toxumaların yaşama şansı 100 faiz olmur. Orqan transplantasiyası elə növ əməliyyatdır ki, burada əməliyyatdan əvvəlki müddətdə hər şey “normal” olduğu halda, 20 faiz xəstələrdə fəsadlaşma ehtimalı da olur. Bu 20 faizə xəstənin ölümü, damarların tutulması, ürək-damar çatışmazlığı və s. aid ola bilər. Bunları nəzərə alsaq, bizim nəticələrimiz dünya transplantasiya əməliyyatlarının nəticələri ilə yaxındır. Buna görə də Azərbaycan beynəlxalq mütəxəssislər tərəfindən aparılmış araşdırmalardan sonra uğurlu işlərinə görə Avropa Qaraciyər Transplantasiyası Reyestrinə üzv kimi daxil edilib.

- Hansı fəsadlaşmış hallar insanlarda qaraciyərin transplantasiyası zərurətini yaradır?

- Ümumiyyətlə, qaraciyərin transplantasiyasına olan göstərişlərin əksəriyyəti qaraciyər sirrozu, az qismi isə kəskin qaraciyər çatışmazlığı və kriteriya daxilində olan qaraciyər törəmələridir. Qaraciyər sirrozu olduğu üçün transplantasiyaya ehtiyac duyan xəstələrimizin siyahısında ilk yeri hepatit B və C virisu olan xəstələr tutur. Bizim xəstələrin təxminən 50 faizində hepatit B və C virisu nəticəsində əmələ gəlmiş qaraciyər sirrozu olur. Bundan sonrakı sıralamada alkoqol qəbulu nəticəsində yaranan qaraciyər sirrozlarıdır. Mən inanmazdım ki, Azərbaycanda alkoqol qəbulu nəticəsində qaraciyər sirrozu olan bu qədər xəstə var. Şəkərli diabet, qaraciyərin yağlanması ilə bağlı qaraciyər sirrozu olan xəstələrimizin də sayı az deyil.

- Hepatit B və C virusu olan xəstələrin vəziyyətinin transplantasiyaya ehtiyac duyulan mərhələyədək kəskinləşməsinin səbəbi nə ilə əlaqədardır?

- Hepatit B virusuna qarşı peyvənd var. Biz illərdir ki, bunu insanlara deyirik, ancaq istədiyimiz nəticəni görmürük. Səhiyyə Nazirliyi tərəfindən həmin peyvəndlər ölkəyə gətiriliərək doğum evlərinə və poliklinikalara paylanılır. Virusa qarşı peyvəndin ilk dozası doğum evlərində vurulur, amma valideynlər onun 2, 3, 4-cü dozasını uşaqlara vurdurmurlar. Peyvənd vurulmadığından bu virusun ailə daxilində yayılması da asan olur. Nəzərə almaq lazımdır ki, hepatit B virusu çox rahat yayıla bilən virusdur. İnsanlarımız arasında belə bir düşüncə var ki, hepatit B virusu yalnız qan və cinsi yolla insandan insana keçir. Amma belə deyil. Bu virus ağız suyu ilə, tərlə, eyni qablardan istifadə yolu ilə insandan insana keçir. Hepatit B xəstələrinin təxminən 15 faizinin qaraciyərində xərcəng əmələ gəlir. Əgər insanlar zamanında hepatit B-yə görə peyvənd olunsalar, özlərini həm xroniki hepatit B xəstəliyindən, həm qaraciyər sirrozundan, həm də qaraciyər xərcəngindən qorumalı olarlar. Hepatit C virusuna gəldikdə, təəssüf ki, buna qarşı peyvənd yoxdur. O, əsasən qanla yayılır. Tibb müəssisələrində, kosmetoloji salonlarda gigiyenik qaydalara riayət olunarsa, onun yayılmasının qarşısı alınar.

SOCAR AQS-yə yeni baş direktor təyin edilib
SOCAR AQS-yə yeni baş direktor təyin edilib
Neft Fondunun yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlanıb
Neft Fondunun yanvar-sentyabr ayları üzrə gəlir və xərcləri açıqlanıb
2020-ci ildə neft qiymətləri proqnozlaşdırılandan yüksək olacaq - Dünya Bankı
2020-ci ildə neft qiymətləri proqnozlaşdırılandan yüksək olacaq - Dünya Bankı
Loading Bars
Xəbər lenti
Abşeronun kəndlərində COVİD-19 əleyhinə təbliğat tədbirləri keçirilib (FOTO)
Naxçıvanın bir çox tarixi abidələri işğal altındadır - İnstitut
Azərbaycan ordusunun cəbhədə irəliləməsi bəzi ölkələri narahat edir - İordaniyalı general
Qazaxıstanda koronavirusa daha 148 nəfər yoluxub
Milli Məclisin deputatları Moldovada prezident seçkilərini müşahidə edəcəklər
Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir! - Məhərrəm Əliyev
Qubadlı istiqamətində düşmənin atıb qaçdığı hərbi texnika və silah-sursat (VİDEO)
Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib
Azərbaycan döyüş meydanında təkbaşına mübarizə aparır - Rufiz Hafizoğlu Omanın “WisalFM” radiosuna açıqlama verib (VİDEO)
Ordumuz üçün yardımları hazırlayarkən çox böyük qürur hissi keçirirdik - Zümrüd Hacıyeva (VİDEO)
Sindey və Brizben şəhərlərində Gəncə terroruna etiraz edilib (FOTO)
Ermənistan Tovuz, Gədəbəy, Daşkəsən və Qubadlı rayonlarını atəşə tutub - MN
“Sərhədsiz reportyorlar”dan ermənilərin təhdid etdiyi jurnalistlə bağlı BƏYANAT
F-16 təyyarələri Ermənistanı və onun havadarlarını niyə narahat edir? - Milli Qəhrəmanın şərhi
Dünya tarixində ən böyük metro faciəsi - Ulduz stansiyasındakı yanğından 25 il ötür (FOTO)
Azərbaycanın balıqçılıq sektorunda əhəmiyyətli irəliləyiş var -FAO
Biz Qarabağa bir daha itirməmək əzmi, bütün dünyanın hesablaşdığı güclü dövlətimiz və qüdrətli Prezidentimizlə qayıdırıq - Vidadi Muradov
Braziliyada bir gündə koronavirusa 29 mindən çox insan yoluxub
Oktyabrın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Erməni kilsəsi son 200 ilə yaxın dövrdə terroru təşviq etməklə xristianlığa ləkə vurub - Deputat
Azərbaycanlı əsgərlərin xilas etdiyi 85 yaşlı erməni qadın danışdı (VİDEO)
Berlində Azərbaycan və Ermənistan səfirlərinin debatı olub (FOTO)
Düşmən itki verərək geri çəkilib - MN
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
MN cəbhədəki son vəziyyəti açıqlayıb
İran parlamentinin spikeri koronavirusa yoluxub
Tərtər rayonunun ərazisi artilleriya atəşinə tutulub - MN
"Liverpul" tarixinin 10 000-ci qolunu vurub
Baydenin koronavirus testinin nəticəsi məlum olub
İsraildə koronavirusa yoluxanların sayı 311 min nəfəri ötüb
Kolumbiya qəzetləri Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və terror siyasəti barədə yazıb
ABŞ-da keçiriləcək seçkilərdə 68 milyondan çox insan vaxtında əvvəl səs verib
Türkiyədə koronavirusdan sağalanların sayı 317 mini keçib
ANAMA cəbhəboyu ərazilərdə top mərmiləri, minalar, raket və partladıcılar aşkar edib (FOTO)
Kanadada koronavirusdan ölənlərin sayı 10 min nəfəri ötüb
Çempionlar Liqası: "Liverpul"dan qələbə, "Real"dan heç-heçə
Moskvanın hava limanlarında 20-dən artıq aviareys ləğv edilib və ya təxirə salınıb
ÜST: Dünyada ötən həftə koronavirusa yoluxma sayında yeni rekord qeydə alınıb
Ceyhun Bayramov Türkiyəyə təşəkkür etdi
Moskvada koronavirusdan daha 75 nəfər ölüb
Birinci vitse-prezident Mehriban Əliyeva: Erməni təcavüzkarlarının əli ilə daha neçə günahsız insan həlak olmalıdır ki, dünya birliyi bu cinayətləri dinməzcə seyr etməyə son qoysun? (FOTO)
Putin və Ərdoğan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Ermənilərin köhnə atəşkəs hiyləgərliyi: Hər dəfə yeni ərazilərin işğalı üçün cəhd ediblər - REAL FAKTLAR
Əlcəzairin prezidenti xəstəxanaya yerləşdirilib
Təhsil naziri Emin Əmrullayev Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verib
Ermənilər özünü demokratiyanın beşiyi sayan Fransada haqq deyənlərin səsini boğur - Ekspert
Bugün məhv edilən Arutyunyanın maşınından geriyə qalan (FOTO)
Türkiyə XİN: Ermənistanın Bərdə şəhərinə qeyri-insani hücumunu qətiyyətlə pisləyirik
Ermənistan fərariliyin qarşısını ala bilmir - Cəzalar sərtləşdirilir
İkinci Qarabağ müharibəsi xalqımız üçün Vətən müharibəsidir
Yerevanın Azərbaycanla müharibəyə uşaqları cəlb etməsi hərbi cinayətdir - Livanlı vəkil
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - MN
FİFA-nın prezidenti koronavirusa yoluxub
Ermənistan hərbçilərinin meyitini və vətəndaşlarını təhvil almaq istəmir - Dövlət Komissiyası (FOTO)
Ermənistan müharibə və terror cinayətləri törətməkdən hələ də əl çəkmir - Ombudsman
Ötən sutka ərzində düşmən humanitar atəşkəs rejimini dəfələrlə pozub - Müdafiə Nazirliyi
Ermənistan döyüş bölgəsində qalan hərbçilərinin cəsədlərinə də sahib çıxmır - Prezidentin köməkçisi
Ermənistan tərəfinin humanitar atəşkəs barədə dedikləri riyakarlıqdan başqa bir şey deyil - Hikmət Hacıyev
Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı
27 ildən sonra işğaldan azad edilən bölgələrin xəbərini almaq bizi çox xoşbəxt edir - Ömər Çelik
Ermənistanın ağır artilleriya zərbələri nəticəsində Bərdədə 5 fərdi evə ciddi ziyan dəyib - FHN (FOTO/VİDEO)
Dönüş: Sabaha qalmayan qisas
Dağlıq Qarabağda sülh şəraitinə qayıtmaq ətraf mühitə ziyanın qarşısını alacaq - UNEP
Dövlət Turizm Agentliyinin səlahiyyətləri artırılıb
Ermənistan ordusu tərəfindən Bərdəyə kasetli raketlər atılıb - Hikmət Hacıyev (FOTO)
Azərbaycan Ordusu yeni dövrün yeni tarixini yazır - Deputat
Prezidentə yazırlar: Cəbhədə şanlı Ordumuzun şücaəti, siyasi arenada Sizin qətiyyətiniz, iradəniz hər birimizi qürurlandırır
İran Qarabağ münaqişəsi ilə əlaqədar planını tərəflərə açıqlayacaq – Zərif
Çavuşoğlu və Lavrov Qarabağdakı vəziyyəti müzakirə edib
Ermənistan rəhbərliyinin uşaq öldürmək siyasəti davam edir - Hikmət Hacıyev
Baş Prokurorluq Bərdədə erməni terroru nəticəsində ölənlərin adlarını açıqladı
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində ölənlərin sayı 4-ə çatıb (FOTO) (ƏLAVƏ OLUNUB)
Bərdədə həlak olanlardan biri 8 yaşlı uşaqdır
Avstraliyada Gəncə terroru qurbanlarının xatirəsi yad edilib (FOTO)
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində qadın və uşaqlar da yaralanıb - Hikmət Hacıyev
Gəncədə istintaq təcridxanasında saxlanılan yetkinlik yaşına çatmayan şəxslərlə görüş keçirilib
Oktyabrın 28-də manatın dollara qarşı məzənnəsi
Qubada sağalmadan evdən çıxan COVİD-19 xəstəsi barədə araşdırma başlayıb
Goranboy, Tərtər və Bərdə rayonlarının əraziləri atəşə tutulur
Tehran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olmağa hazırdır
Terrorizmlə bağlı məqalələrin aşkarlanması üçün yeni metod hazırlanıb
Ermənistan rəhbərliyi doğrudan da sülh istəyirsə, öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarmağa başlasın - Ceyhun Bayramov
Ermənistan Dağlıq Qarabağ münaqişəsinə üçüncü tərəfləri cəlb etməyə çalışır - Fuad Muradov (FOTO/VİDEO)
Ermənistanın hərbi itkiləri 2,7 milyard dolları keçdi - İNFOQRAFİKA (FOTO)
İran Xudafərin və Qız Qalası hidroqovşaqlarından istifadə ilə əlaqədar danışıqlara hazırdır
Azərbaycanın işğaldan azad edilmiş əraziləri ölkə iqtisadiyyatına milyardlarla dollar gəlir gətirəcək
Boykot çağırışı Türkiyə iqtisadiyyatına ciddi təsir etmək imkanında deyil - Vüsal Qasımlı
Ermənistan bu müharibəyə uzun müddət dayana bilməyəcək, iflas edəcək - İİTKM
Qondarma rejimin "müdafiə naziri" belə məhv edildi (VİDEO)
Erməni tankları ermənilərə qarşı (FOTO)
Şəhid ailələri, əlilliyi olan şəxslər və digər həssas qruplar üçün daha bir dəstək layihəsi
İnsanların yarısı maskanı çənəsində gəzdirir - TƏBİB rəsmisi
Ermənistanda Paşinyanın istefası tələb olunur
Ermənistanın itirdiyi hərbi texnika və sursatı bərpa etməyə 25 il vaxt lazımdır - Vüsal Qasımlı (FOTO)
Döyüşlər başlayandan Ermənistanın hərbi itkilərinin dəyəri açıqlanıb
Hikmət Hacıyev “Al Jazeera” kanalına müsahibə verib (VİDEO) (ƏLAVƏ OLUNUB)
“Euronews” əməkdaşlarına hücum bir daha Ermənistanın simasını göstərir - XİN (VİDEO)
Dağlıq Qarabağ üzrə danışıqlarda istənilən ölkənin iştirakı üçün Bakı və Yerevanın razılığı vacibdir - Peskov
FHN dəm qazı təhlükəsi ilə bağlı əhaliyə müraciət edib
Lüksemburqda erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Bütün xəbərlər