...

Çaylarda sululuq səviyyəsi dəyişib

Cəmiyyət Materials 29 Dekabr 2018 08:56 (UTC +04:00)
Çaylarda sululuq səviyyəsi ilə bağlı son məlumatlar suyun səviyyəsinin dəyişdiyini göstərir.
Çaylarda sululuq səviyyəsi dəyişib

Bakı. Trend:

Çaylarda sululuq səviyyəsi ilə bağlı son məlumatlar suyun səviyyəsinin dəyişdiyini göstərir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən son məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-170, Lənkəran-Astara bölgəsi çaylarında isə orta hesabla 110-190 faizini təşkil edib.

Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 165 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 205 m3/s olmaqla ongünlük normanın 140 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 121 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 51 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.

Kür çayının aşağı axınında vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Araz çayının Novruzlu məntəqələrində 3, Şirvan və Bankədə 4, Salyanda isə suyun səviyyəsində 6 sm azalma qeydə alınıb.

Surra məntəqəsində suyun səviyyəsi 447 sm (2017-ci il dekabrın 24-də 402 sm), Şirvanda 339 sm (2017-ci il dekabrın 24-də 271 sm), Salyanda 304 (2017-ci il dekabrın 24-də 223 sm), Bankədə 259 sm (2017-ci il dekabrın 24-də 204 sm), Araz çayının Novruzlu məntəqəsində isə 152 sm (2017-ci il dekabrın 24-də 150 sm) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti