...

"Azərsu": Bakıda magistral su kəmərindəki qəza aradan qaldırıldı

Cəmiyyət Materials 9 Yanvar 2019 15:50 (UTC +04:00)
Bakının Binəqədi rayonu ərazisində magistral su kəmərində baş verən qəza aradan qaldırılıb.
"Azərsu": Bakıda magistral su kəmərindəki qəza aradan qaldırıldı

Bakı. Samir Əli - Trend:

Bakının Binəqədi rayonu ərazisində magistral su kəmərində baş verən qəza aradan qaldırılıb.

Bu barədə Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllının sözlərinə görə, magistral kəmərin qəza baş verən hissəsində bərpa işləri tam başa çatıb: "Saat 13:30 radələrində kəmərdəki problem aradan qaldırılıb. Artıq xəttə su vurulub. Hazırda magistral su kəməri fəaliyyətini tam bərpa edib".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Binəqədi rayonu, "Motodrom" yaşayış massivində magistral su kəmərində baş vermiş qəza nəticəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Biləcəri qəsəbəsinə gedən avtomobil yolunu su basmışdı. Həmin yolda avtomobillərin hərəkətində çətinlik yaranmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti