...

Səhiyyə Nazirliyi: Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə...

Cəmiyyət Materials 11 Yanvar 2019 14:30 (UTC +04:00)
Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır
Səhiyyə Nazirliyi: Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə...

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qripə yoluxma epidemik həddi keçərsə, Səhiyyə Nazirliyi ona qarşı mübarizə aparmaq iqtidarındadır.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.

Onun sözlərinə görə, müxtəlif KİV-lərdə Azərbaycanda "donuz qripi"nin olması barədə məlumat yayılıb: "Azərbaycanda "donuz qripi" yoxdur. Əhalidə xof yaratmaq olmaz. Qonşu ölkələrdə "donuz qripi"nin olması elan edilib. Azərbaycanda "donuz qripi" kütləvi şəkildə yayılarsa, səhiyyə sistemi onun qarşısını ala bilər, tibb işçiləri onun qarşısını almaq iqtidarındadırlar".

İ.Ağayev əlavə edib ki, ölkəyə "donuz qripi" ilə əlaqədar vaksinin gətirilməsi barədə məlumatlar düzgün deyil: "Qonşu Gürcüstanda H1N1 virusu yayılıb. Ancaq biz heç kimə qadağa qoya bilmərik ki, Azərbaycana gəlməyin və ya burdan getməyin. Gürcüstanda olan xəstələrin hamısı izoləedici şəraitdədirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti