...

Azərbaycanda 16 nəfərin donuz qripinə yoluxması barədə məlumatlar təkzib edildi

Cəmiyyət Materials 31 Yanvar 2019 16:49 (UTC +04:00)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanda 16 nəfərin А/H1N1 virusuna (donuz qripi) yoluxması barədə yayılan məlumatlar düzgün deyil.
Azərbaycanda 16 nəfərin donuz qripinə yoluxması barədə məlumatlar təkzib edildi

Bakı. İlhamə İsabalayeva - Trend:

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanda 16 nəfərin А/H1N1 virusuna ("donuz qripi") yoluxması barədə yayılan məlumatlar düzgün deyil.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən ÜST-ün referens laboratoriyasına heç bir nümunə göndərilməyib: "Ona görə də bu məlumatların haradan yayıldığını deyə bilmərik. Təşkilatın Azərbaycan ofisi də Səhiyyə Nazirliyinə 16 nəfərin donuz qripinə yoluxması barədə məlumatların yanlış olduğunu açıqlayıb. ÜST sabah bu barədə daha geniş açıqlama verəcək".

Qeyd edək ki, ÜST-ün həftəlik bülletenində Azərbaycanda 16 А/H1N1 virusuna yoluxma halının aşkarlanması barədə məlumat yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti