...

Meksika rəsmisi Tərcümə Mərkəzində

Cəmiyyət Materials 19 Fevral 2019 16:10 (UTC +04:00)
Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores fevralın 19-da Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.
Meksika rəsmisi Tərcümə Mərkəzində

Bakı. Trend:

Meksikanın Azərbaycandakı səfiri Xuan Rodriqo Labardini Flores fevralın 19-da Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan–Meksika ədəbi əlaqələrinin perspektiv layihələrindən, Mərkəzin Meksika ədəbiyyatı üzrə ərsəyə gətirdiyi nəşrlərdən, eləcə də Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində tanıdılması və yayımı məsələlərindən söz açılıb.

Tanınmış Meksika yazıçısı Xuan Rulfonun Mərkəz tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq, 2014-cü ildə nəşr edilmiş “Pedro Paramo” romanının oxucu marağı nəzərə alınaraq, yenidən təkrar nəşrə hazırlandığı, eləcə də əsərləri Azərbaycan dilinə tərcümə edilərək, “Xəzər” jurnalında dərc edilmiş görkəmli Meksika nasiri Karlos Fuentesin “Aura” və “Artemio Krusun ölümü” romanlarının daxil edildiyi kitabın çap prosesi ərəfəsində olduğu bildirilib.

Görüşün sonunda Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində ingilis və rus dilində nəşr edilmiş “Through Their Eyes: Witnesses to Khojaly Massacre” (“Xocalı şahidləri danışır”) kitabı qonağa hədiyyə edilib.

A.Məsud: “Bu kitab bəşər tarixinin ən qatı cinayətindən – amansızlıqla qətlə yetirilmiş yüzlərlə günahsız, dinc insanın – qadın və qocaların, uşaqların acı taleyindən, başlarına gətirilən müsibətlərdən bəhs edir. Bu, təkcə azərbaycanlılara qarşı yox, bütün insanlığa qarşı törədilən bağışlanmaz İnsan Qətliamıdır və düşünürəm, beynəlxalq ictimaiyyət bu faciəyə biganə qalmamalı, öz haqq səsini ucaltmalıdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti