...

Kanadada “Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Mart 2019 11:15 (UTC +04:00)
“Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının Kanadada təqdimatı keçirilib
Kanadada “Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” kitabının təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin müəllifi olduğu, Kanadanın nüfuzlu akademik nəşriyyatı olan “McGill – Queen’s University Press” tərəfindən dərc olunmuş “Sərhəd zolaqlarının məskunlaşdırılması və Cənubi Qafqazda etnik münaqişə” (Resettling the Borderlands and Ethnic Conflict in South Caucasus) adlı kitabının 27 fevral 2019-cu il tarixində Kanadının Toronto Universitetinin Mank mərkəzində və 28 fevral Ottavadakı Çarlton Universitetinin Eurus mərkəzində təqdimatı keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, kitabda Çar Rusiyası və sonradan Sovet İttifaqı tərəfindən Cənubi Qafqazda, xüsusilə Azərbaycanda həyata keçirdiyi köçürmə siyasəti, bununla əlaqədar regionda müşahidə olunan sosial-demoqrafik proseslər, o cümlədən ermənilərin Qarabağ və İrəvan xanlıqlarında məskunlaşdırılması, XX əsrin əvvəllərində baş vermiş etnik münaqişələrin səbəbləri və nəticələri, eləcə də 1948-1953-cü illər ərzində azərbaycanlıların Ermənistandan deportasiyası haqqında məlumatlar öz əksini tapıb.

Təqdimatda Universitetlərin tələbə və müəllim heyəti, habelə Kanadanın müxtəlif beyin mərkəzlərinin nümayəndələri iştirak edib.

Səfər zamanı Fərid Şəfiyev Eurus və Mank mərkəzlərinin rəhbərliyi ilə görüşlər keçirilib, qurumlar arasında gələcəkdə mümkün əməkdaşlığın perspektivleri barəsində fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti