...

Cənubi Koreyanın Azərbaycandakı səfiri idmançılarla görüşüb (FOTO)

Cəmiyyət Materials 15 Mart 2019 18:11 (UTC +04:00)
Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb
Cənubi Koreyanın Azərbaycandakı səfiri idmançılarla görüşüb (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Tonq Op Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku çərçivəsində idmançılarla görüşüb.

Trend fotoları təqdim edir.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku çərçivəsində yarışların ikinci günü keçirilir.

Martın 17-nə qədər davam edəcək yarışların ilk günündə təmsilçilərimizdən Murad Ağarzayev (sərbəst hərəkətlər), Nikita Simonov (halqalar) və Marina Nekrasova (dayaqlı tullanma) final mərhələsinə vəsiqə qazanıblar.

Dördgünlük turnir Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq istəyən gimnastlar üçün mühüm keçid rolunu oynayacaq. Belə ki, olimpiyadaya təsnifat xarakterli bu yarışda iştirak etmək üçün 41 ölkə qeydiyyatdan keçib. Medallar və lisenziya xalları uğrunda isə 121 kişi və 49 qadın idman gimnast mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti