...

Latviyada Novruz şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 16 Mart 2019 17:45 (UTC +04:00)
Latviyada “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin gənc fəalı - Elnur Rəhimovun təşkilatçılığı ilə böyük Novruz bayram şənliyi keçirilib.
Latviyada Novruz şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

Latviyada “Ocaq” Azərbaycan Mədəniyyət Mərkəzinin gənc fəalı - Elnur Rəhimovun təşkilatçılığı ilə böyük Novruz bayram şənliyi keçirilib.

Trend-in məlumatına görə, Riqa şəhərində fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin birində keçirilmiş tədbirdə Latviya azərbaycanlı icmasının 300 nəfərə qədər üzvü iştirak edib.

Tədbiri açan səfir Cavanşir Axundov Novruz bayramının qədim tarixi, Azərbaycan və dünya xalqlarının Novruz bayram ənənələri barədə qonaqlara ətraflı məlumat verib. Bu gün Azərbaycanda Novruz bayramının dövlət səviyyəsində qeyd edildiyini bildirən səfir, bunun xalqımızın və dövlətimizin milli-mədəni dəyərlərimizə verdiyi önəmin bariz göstəricisi olduğunu diqqətə çatdırıb. Sonda səfir Cavanşir Axundov qonaqları Novruz bayramı münasibəti ilə təbrik edib. Həmçinin çıxış edən Elnur Rəhimov qonaqlara öz bayram təbriklərini çatdırıb.

Şənlikdə Azərbaycanın milli musiqi və rəqs nümunələrindən ibarət böyük konsert proqramı təqdim edilib. Xüsusilə Riqa şəhərində fəaliyyət göstərən “Çinar” milli rəqs qrupunun ifası tamaşaçıların böyük marağına səbəb olub.

Tədbir iştirakçılarına Azərbaycanın milli mətbəx nümunələrindən ibarət böyük bayram ziyafəti verilib. Bayram ənənələrimizə uyğun olaraq bayram tonqalı yandırılıb, bayram xonçaları bəzədilib və həmvətənlilərimizin ifasında yallı və digər milli rəqs nümunələri ifa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti