...

Qaradağda Novruz şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2019 16:38 (UTC +04:00)
Qaradağ rayonunda Novruz şənliyi təşkil olunub
Qaradağda Novruz şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

Xalqımızın xeyirxahlıq, mehribanlıq və qonaqpərvərlik kimi gözəl hisslərini təqdim edən ən əziz bayramı - Novruz bayramı Qaradağ rayonu ərazisində geniş qeyd olunub.

Bayram münasibəti ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev parkında geniş bayram tədbiri təşkil olunub.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Mixail Zabelin, YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov, Şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.

Rayon rəhbərliyini qarşılayan Bahar qızı hamını Novruz Bayramının gəlişi ilə təbrik etdi. Sonra ənənəyə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti başçısı S.Mikayılov və Milli Məclisin deputatı Aydın Hüseynov bayram tonqalını yandırıblar. Rayon rəhbərliyini və qonaqları təşkil olunmuş tədbirdə Bahar qızı, Keçəl və Kosa müşayiət edib.

S.Mikayılov hamını bu gözəl bayram münasibəti ilə təbrik etdi, xoş arzularını bildirib. Qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli mənəvi dəyərlərimizə həmişə böyük hörmətlə yanaşıb, adət-ənənələrimizin qorunub saxlanmasına daim diqqət və qayğı göstərib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqillik, demokratiya yolu ilə inamla addımlayaraq bütün sahələrdə geniş islahatlar proqramını həyata keçirir, dünya birliyinə uğurla inteqrasiya edir.

Şənlik folklor nümunələrinin nümayişi ilə yadda qalıb. Xalqımızın adət-ənənələri, ayin və mərasimləri canlandırılıb. Rəqqaslar milli musiqinin sədaları altında oynaq rəqslər ifa edib, məktəblilər şeir oxuyub, gənc pəhləvanlar meydan mübarizəsinə çıxıblar. Onlardan geri qalmayan kəndirbazlar da öz məharətlərini göstəriblər.

Tədbir iştirakçılarını Novruz şirniyyatına, kabablara qonaq ediliblər.

Keçəl və Kosanın şən zarafatları insanların üzündə təbəssüm yaradıb.

Tədbirin sonunda bayram konserti keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti