...

Belarusda Novruz şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2019 19:25 (UTC +04:00)
Belarusda akkreditə olunan 9 səfirliyin - Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan səfirliklərinin təşəbbüsü ilə Marriott hotelində böyük Novruz şənliyi keçirilib.
Belarusda Novruz şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

Belarusda akkreditə olunan 9 səfirliyin - Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan səfirliklərinin təşəbbüsü ilə Marriott hotelində böyük Novruz şənliyi keçirilib.

Azərbaycanın Belarusdakı səfirliyindən Trend-ə verilən məlumata görə, Özbəkistan səfiri Nəsircan Yusupovun mərasimin açılışını elan etməsindən sonra Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov çıxış nitqini söyləyib.

L.Qəndilov repressiya məruz qalan xalqların, kitabların, musiqinin olduğu kimi Novruz bayramının da guya dinlə əlaqəsinin olduğu səbəb gətirilərək uzun zaman qadağan edildiyini qeyd edib. Lakin, xalqlarımız nağıllarımızı, dastanlarımızı qoruduğu kimi, gizlin olsa da bu bayramı yaşatmış və nəsildən-nəslə ötürüblər. Milli varlığımızın qorunub saxlanılmasında heç şübhəsiz ki, Novruz bayramının böyük rolu olub.

Mərasimdə MDB İcraiyyə Komitəsinin sədrinin birinci müavini Viktor Quminski, Belarus Xarici İşlər Nazirliyinin MDB Ölkələri ilə Əməkdaşlıq İdarəsinin rəisi Viktor Denisenko və Qazaxıstanın Belarusdakı Səfiri Ermuxamet Yertizbayev də çıxış edib.

Azərbaycanın Belarusdakı səfirliyi mərasimdə aktiv şəkildə iştirak edib. Tədbirdə iştirakçı dövlətlərin rəqs və musiqi kollektivləri çıxış edib, milli mətbəxlərini nümayiş etdiriblər. Azərbaycan Respublikası “Sarı Gəlin” və “Qafqaz Əfsanələri” rəqs qrupları ilə təmsil olunub. Hər iki qrup böyük rəğbətlə və alqışla qarşılanaraq öz professionalığı ilə seçilib.

Səfirliyin əməkdaşları tərəfindən hazırlanmış Azərbaycanın mətbəx nümunələri plov, dolma və şərbət çox bəyənilib. Səfirliyin qadın əməkdaşları tərəfindən nəfis şəkildə tərtib olunaraq bəzədilmiş xonçalarla bərabər, paxlava və şəkərbura kimi Azərbaycan şirniyyatları çox böyük maraq və rəğbətlə qarşılanıb.

Marriott hotelin foyesində milli suvenirlər o cümlədən Azərbaycan suvenirləri nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti