...

Yeni yaradılan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ödənişli xidmətləri - SİYAHI

Cəmiyyət Materials 19 Mart 2019 22:08 (UTC +04:00)

Bakı. Trend:

Yeni yaradılan Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin siyahısı açıqlanıb.

Trend-in məlumatına görə, Prezident İlham Əliyevin 2019-cu il 19 mart tarixli fərmanı ilə təsdiq edilmiş siyahıda 9 xidmət yer alır:

Bu xidmətlərə:

- Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi;
- Dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi;
- Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi; təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması;
- Tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması: məlumatlandırma icraatının şamil edilmədiyi fərdi yaşayış evləri layihələrinin, çoxmənzilli yaşayış binaları layihələrinin, qeyri-yaşayış binaları layihələrinin, infrastruktur (yol tikintisi) layihələrinin, texniki və mühəndis qurğuları layihələrinin, mühəndis-kommunikasiya xətləri layihələrinin, digər obyektlərin layihələrinin;
- Tikilinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi;
- Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi;
- Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi;
- Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi daxildir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında fərmanına əsasən, Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosunun və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında Komitənin tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti