...

Vergi orqanlarında işləmək istəyən 108 nəfər növbəti mərhələyə keçib

Cəmiyyət Materials 30 Mart 2019 17:03 (UTC +04:00)
Vergi orqanlarında işləmək istəyən namizədlər üçün keçirilən tеst imtаhаnının nəticələri elan edilib
Vergi orqanlarında işləmək istəyən 108 nəfər növbəti mərhələyə keçib

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Vergilər Nazirliyi ilə birgə vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Trend-ə verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 16:49-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün 1544 namizəd qeydiyyatdan keçib. Onlardan 216 namizəd imtahana gəlməyib. 1 nəfər imtahandan xaric edilib. 108 namizəd müsabiqə şərtini ödəyərək – 70 və daha yüksək bal toplayaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti