...

Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiya yaradılıb

Cəmiyyət Materials 4 Aprel 2019 02:07 (UTC +04:00)
Nazirlər Kabineti "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında" qərar qəbul edib
Görkəmli şəxsiyyətlərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiya yaradılıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Nazirlər Kabineti "Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın yaradılması haqqında" qərar qəbul edib.

Trend-in məlumatına görə, müvafiq qərar baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini, Komissiyanın katibi Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinin müdiri olacaqlar.

Komissiyanın üzvləri müdafiə nazirinin, daxili işlər nazirinin, mədəniyyət nazirinin, gənclər və idman
nazirinin, təhsil nazirinin, səhiyyə nazirinin, maliyyə nazirinin, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin müavini, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini, Dövlət Turizm Agentliyinin sədrinin müavini, Milli Arxiv İdarəsinin rəisinin müavini, Milli Elmlər Akademiyasının vitse-prezidenti, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti