...

10 milyonuncu sakinin dünyaya gəlməsi şərəfinə Şəkidə at yürüşü təşkil edilib (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2019 22:54 (UTC +04:00)
Yarışmanın nəticəsinə görə Şəki idmançısı Elvin Babayev I yerə layiq görülüb.
10 milyonuncu sakinin dünyaya gəlməsi şərəfinə Şəkidə at yürüşü təşkil edilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi şərəfinə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Oğuz elinin qədim yaşayış məskənlərindən biri olan, Şəki rayonunun Daşbulaq yaylağında at yürüşü təşkil edilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, respublika Milli Atüstü Oyunları Mərkəzinin Şəki filialının təşkilatçılığı ilə keçirilən yürüşdə 12 iştirakçı 20 kilometr məsafə qət edib.

Yarışmanın nəticəsinə görə Şəki idmançısı Elvin Babayev I yerə layiq görülüb. Ağcabədi rayonundan Elbrus Əliyev və Oğuz rayonundan yarışa qoşulmuş çapar Yavər Namazov II və III yerləri bölüşüblər.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışma Şəki Regional Mədəniyyət İdarəsnin kollektivi tərəfindən izlənilib. Mərkəzin Şəki filialının direktoru Elman Qədirov KİV nümayəndələrinə müsahibə verərək, Azərbaycanın on milyonuncu sakininin dünyaya gəlməsinin ölkəmiz üçün çox əlamətdar hadisə olduğunu və əhalinin sayının artmasının ölkəmizdə insanların sosial rifahının durmadan yaxşılaşdığını deməyə əsas verirdiyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti