...

“Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” adlı konfrans keçiriləcək

Cəmiyyət Materials 2 May 2019 17:59 (UTC +04:00)
Tarix İnstitutunda “Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” mövzusunda elmi konfrans keçiriləcək.
“Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” adlı konfrans keçiriləcək

Bakı. Trend:

Yaxınlarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Ramiz Mehdiyevin əsərlərində Azərbaycan tarixi məsələləri” mövzusunda elmi konfrans keçiriləcək.

Bu barədə Tarix İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Konfransın keçirilməsi barədə razılıq Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun institutun elmi nailiyyətlər sərgisində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevlə görüşü zamanı əldə olunub. Y.Mahmudov institutun alimlərinin konfransın keçirilməsi barədə təşəbbüsünü ona çatdırıb, o isə bunu müsbət qarşılayaraq razılıq verib.

Ramiz Mehdiyev Tarix İnstitutunun elmi nailiyyətlər sərgisində nəşrlərlə ayrı-ayrılıqda tanış olub. Yaqub Mahmudov isə institutun fəaliyyəti və nəşrləri barədə ona ətraflı məlumat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti