...

Millət vəkili: Azərbaycanda uşaq pulu bərpa edilməlidir

Cəmiyyət Materials 3 May 2019 12:41 (UTC +04:00)
Azərbaycanda uşaq pulu bərpa edilməlidir
Millət vəkili: Azərbaycanda uşaq pulu bərpa edilməlidir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda uşaq pulu bərpa edilməlidir. Bu, minimum 6 yaşadək uşaqlara aid olmalıdır.

Trend-in məlumatına görə, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorunun illik məlumatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu, çox vacibdir: “Belə olan halda sıxıntılar aradan qaldırılar, müəyyən ailələr bundan yararlanar. Nəzarət etmək lazımdır ki, bu maliyyə uşağa xərclənsin”.

Deputat ailə himayəsindən məhrum olan uşaqlara qayğı göstərilməsi üçün Aliment Fondunun yaradılmasını təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti