...

Lökbatanda Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar əklilqoyma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 10 May 2019 13:36 (UTC +04:00)
Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ulu öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ümummilli liderin abidəsi önündə əklilqoyma mərasimi keçirilib.
Lökbatanda Heydər Əliyevin 96-cı ildönümü ilə əlaqədar əklilqoyma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ulu öndərin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar ümummilli liderin abidəsi önündə əklilqoyma mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İlk öncə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov və Şura üzvləri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüblər.

Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla Azərbaycanın memarı və qurucusuna öz dərin ehtiramlarını bildiriblər.

Bununla da mərasim sona çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti