...

"Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq" mövzusunda tədbir keçirilib

Cəmiyyət Materials 14 May 2019 12:20 (UTC +04:00)
Azərbaycan Milli Avtomobil Klubu ADA Universitetində "Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq" mövzusunda "dəyirmi masa" keçirib.
"Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq" mövzusunda tədbir keçirilib

Bakı. Samir Əli - Trend:

Azərbaycan Milli Avtomobil Klubu ADA Universitetində "Yol hərəkəti təhlükəsizliyi üzrə liderlik və əməkdaşlıq" mövzusunda dəyirmi masa keçirib.

Trend-in məlumatına görə, Azərbaycan Milli Avtomobil Klubunun prezidenti Vüsal Rəcəbli bildirib ki, tədbirin keçirilməsində məqsəd Prezident Ilham Əliyev tərəfindən 2018-ci il dekabrın 27-də imzalanmış "Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın məqsədlərinə uyğun olaraq cəmiyyətin maarifləndirilməsində KIV-in, hökumət və qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti və rolu ilə bağlı müzakirələrin aparılmasıdır.

Tədbirdə yol hərəkəti ilə bağlı sosial çarx nümayiş olunub.

İclasda çıxış edən yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Yol Hərəkəti Təhlükəsizliyi (YHT) üzrə Dövlət Proqramının əhəmiyyətindən, buradakı yeniliklərdən danışıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru, polis polkovnik-leytenantı Mübariz Ağayev "Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Proqramında nəzərdə tutulmuş təbliğat işinin DYP-nin fəaliyyətində prioritetliyi", Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "BNA və YHT üzrə islahatlar/layihələr" mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbirdə Yol Hərəkəti Təhlükəsizliyinə dair dövlət proqramının səmərəli icrası üçün əməkdaşlıq yolları, YHT sahəsində beynəlxalq və milli səviyyədə mövcud vəziyyət, problemlər və nailiyyətlərlə bağlı məlumatın cəmiyyətə düzgün ötürülməsi yolları barədə çıxışlar olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti