Bakı. Ceyhun Ələkbərov - Trend:
Şamaxı rayonunun Dağ Göylər kəndində vulkan püskürüb.
Gecə saatlarında püskürən vulkan yerin altından xaric olan palçığı ətrafa yayıb. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, nazirlik artıq məsələdən xəbərdardır:
"Hazırda mütəxəssislərimiz həmin ərazidədir və araşdırma aparılır. Araşdırmanın sonunda yekun açıqlama veriləcək".