...

Bayram günlərində 62 avtovağzal və avtostansiya kompleksi gücləndirilmiş iş rejimində işləyəcək

Cəmiyyət Materials 3 İyun 2019 11:12 (UTC +04:00)
Ramazan bayramı ilə əlaqədar olaraq ölkənin 62 avtovağzal və avtostansiya kompleksi gücləndirilimiş iş rejimində işləyəcək.
Bayram günlərində 62 avtovağzal və avtostansiya kompleksi gücləndirilmiş iş rejimində işləyəcək

Bakı. Ceyhun Ələkbərov - Trend:

Ramazan bayramı ilə əlaqədar olaraq ölkənin 62 avtovağzal və avtostansiya kompleksi gücləndirilimiş iş rejimində işləyəcək.

Trend-in məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi 3 gün davam edəcək:

"Respublikanın 62 avtovağzal və avtostansiya kompleksində Ramazan bayramı ilə əlaqədar olaraq iyunun 4-dən 7-nə qədər gücləndirilmiş iş rejimində çalışacaqlar. Bayramda yollarda gözlənilən sıxlığı nəzərə alaraq qeyri-qanuni daşımalarla səfərlərinizi riskə atmayın. Əlavə olaraq qeyd edək ki, ötən il 62 avtovağzal və avtostansiya kompleksindən Ramazan bayramı ilə əlaqədar ümumilikdə 54 542 nəfər sərnişin daşınıb. Paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə edilib. Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletlərinizi öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyinizi tövsiyyə edirik".

N.Allahyarova əlavə edib ki, region avtovağzallarından növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur. "DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə (012) 562-67-58 nomrəsinə zəng edərək məlumat verəsiniz".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti