...

BNA avtobus qəzası ilə bağlı: Hadisəyə səbəb evakuator olub (FOTO)

Cəmiyyət Materials 11 İyun 2019 18:54 (UTC +04:00)
Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.
BNA avtobus qəzası ilə bağlı: Hadisəyə səbəb evakuator olub (FOTO)

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb.

Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, paytaxtın Zığ yolunda fiziki şəxs Nazim Qəhrəmanovun müvəqqəti istismarında olan 104 saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Daşıyıcının verdiyi məlumata görə, saat 16:40 radalərində Zığ yolunda evakuator avtomobili 104 nömərli müntəzəm marşrut üzrə hərəkət edən 90 RZ 540 DQN nömrəli avtobusu arxadan vurub. Hadisə ilə əlaqədar daşıyıcı Bakı Nəqliyyat Agentliyinə çağırılıb və müvafiq araşdırma aparılır.

Xatırladaq ki, qəza nəticəsində avtobusda olan 3 nəfər sərnişin xəsarətlə xəstəxanaya yerləşdirilib.

Foto: Ceyhun Ələkbərov

Məqalədə:
Xəbər lenti

Xəbər lenti