Bakı. Trend:
İyunun 13-ü saat 14:00-da TREND Beynəlxalq İnformasiya Agentliyində “Şimal-Cənub” nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri” mövzusunda Moskva-Bakı videokörpüsü keçiriləcək.
Trend-in məlumatına görə, rusiyalı və azərbaycanlı ekspertlər yeni regional nəqliyyat dəhlizlərinin yaradılması və Rusiyanın iştirakı ilə inteqrasiya layihələrinə Cənubi Qafqaz ölkələrindən tərəfdaşların qoşulması perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.
Videokörpü çərçivəsində “Şimal-Cənub” nəqliyyat dəhlizi: tranzit reallıqları və trans-regional inteqrasiya perspektivləri” adlı analitik məruzənin təqdimatı baş tutacaq.
İştirakçılar:
Moskvada:
- Aleksandr KARAVAYEV, iqtisadçı, “Şimal-Cənub” nəqliyyat dəhlizi: tranzit reallıqları və trans-regional inteqrasiya perspektivləri” məruzəsinin müəllifi;
- Stas PRİTÇİN, Rusiya Elmlər Akademiyasının Mərkəzi Asiya və Qafqaz Tədqiqatları Mərkəzinin elmi işçisi;
- Artyom PILİN, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin elmi işçisi;
- Arkadi İVANOV, logistika və nəqliyyat sahəsində ekspert, “logirus.ru” portalında məqalələr müəllifi;
- Kseniya TYURENKOVA, “Xəzər-Avrasiya” Mərkəzinin direktoru;
Bakıda:
- Emin ƏLİYEV, "Day.az" informasiya portalının baş redaktoru;
- Fərhad ƏMİRBƏYOV, UNEC araşdırmalar mərkəzinin prezidenti;
- Gülnarə Məmmədzadə, “Baku Network”un direktor müavini;
- Elşad MƏMMƏDOV, Rus İqtisad Məktəbinin direktor müavini, UNEC professoru;
- Arzu NAĞIYEV, TREND BİA-nın baş direktor müavini.
Videokörpünün təşkilatçıları: “Şimal-Cənub” Politologiya mərkəzinin Bakıdakı nümayəndəliyi, TREND Beynəlxalq İnformasiya Agentliyi, “Xəzər Ekspert Klubu”.
Keçirilmə yeri: TREND Beynəlxalq İnformasiya Agentliyi
Ünvan: Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 14
Əlaqə: Tel. (+99412) 497 31 72, 510 86 61, 510 81 02
Faks (+99412) 497 30 89
Veb-sayt - www.trend.az