...

İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb

Cəmiyyət Materials 13 İyul 2019 09:07 (UTC +04:00)
Böyük və Kiçik Qafqaza bu gün və sabah arabir yağışlı hava şəraiti müşahidə olunacaq.
İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Böyük və Kiçik Qafqaza bu gün və sabah arabir yağışlı hava şəraiti müşahidə olunacaq.

Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.

Paytaxtda yaxın iki gündə küləkli hava şəraiti müşahidə olunacaq, əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 27-31 dərəcə isti təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti