...

İH: Xətaidəki su axıntısının qarşısı vaxtında alınıb

Cəmiyyət Materials 22 Avqust 2019 13:00 (UTC +04:00)
Xətai rayonunda su borusunun partlaması nəticəsində yaranan problemin qarşısı alınıb.
İH: Xətaidəki su axıntısının qarşısı vaxtında alınıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xətai rayonunda su borusunun partlaması nəticəsində yaranan problemin qarşısı vaxtında alınıb.

Bunu Trend-ə Xətai Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib. Onun sözlərinə görə, hazırda hadisə yerində lazımi işlər görülür:

"Ötən gecə baş vermiş hadisə ilə əlaqədar əraziyə aidiyyəti üzrə qurumlar, xüsusən də "Azərsu" ASC-nin əməkdaşları cəlb olunublar. Operativ olaraq qəza yerinə baxış keçirilib və qısa zamanda su axıntısının qarşısı alınıb. Problemin səbəbinin öyrənilməsi və həlli "Azərsu" ASC-nin həyəti tərəfindən həyata keçiriləcək".

Qeyd edək ki, ötən gecə Xətai rayonu, Babək prospektində içməli su borusu partlayıb. Nəticədə axan su yola və ətrafa dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti