...

Mənzillərin çıxarışları yaxın günlərdə binanın həyətində jurnalistlərə veriləcək - Komitə

Cəmiyyət Materials 5 Sentyabr 2019 16:42 (UTC +04:00)
Jurnalistlər üçün inşa edilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar yaxın günlərdə media nümayəndələrinə təqdim ediləcək.
Mənzillərin çıxarışları yaxın günlərdə binanın həyətində jurnalistlərə veriləcək - Komitə

Bakı. İlhamə İsabalayeva - Trend:

Jurnalistlər üçün inşa edilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar yaxın günlərdə media nümayəndələrinə təqdim ediləcək.

Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda deyilir ki, ölkə rəhbəri Möhtərəm cənab Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti