...

Bakıda bədii gimnastika üzrə dünya çempionatında təbəssüm, sevinc, heyranlıq (FOTO)

Cəmiyyət Materials 20 Sentyabr 2019 20:51 (UTC +04:00)
Sentyabrın 20-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatında fərdi çoxnövçülük üzrə final keçirilir.
Bakıda bədii gimnastika üzrə dünya çempionatında təbəssüm, sevinc, heyranlıq (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Sentyabrın 20-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatında fərdi çoxnövçülük üzrə final keçirilir.

Trend-in məlumatına görə, finalçıların çıxışlarını dünyanın müxtəlif yerlərindən olan bədii gimnastika azarkeşləri izləyir.

Gimnastların cəlbedici çıxışları ilə yanaşı, dünya çempionatının maskotu - qurbağa Qur-Qur da auditoriyada müsbət emosiyalar yaradır.

Qur-Qurun salonda görünməsi tamaşaçıların və idmançıların gülüşünə və sevincinə səbəb olur.

Qur-Qur obrazını iki peşəkar aktyor - Skott Hesinqton (Scott Hesington) və Berri Anderson (Barry Anderson) canlandırır.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti