...

AzMİU-da beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2019 17:33 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) inşaatın bütün mərhələlərində rəqəmsal transformasiyaya həsr olunmuş beynəlxalq konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, tədbirin təşkilatçısı AzMİU ilə yanaşı, layihələndirmə və tikinti sahələrində proqram təminatının qlobal təchizatçısı olan Trimble şirkətinin Azəbaycanda yeganə səlahiyyətli nümayəndəsi olan AZEL Systemsdir.

Konfransın əsas məqsədi inşaat sahəsində aktual problemlərin və bu problemlərin real layihələr əasasında, inkşafa yol açan yeni texnologiyaların istifadəsi ilə mümkün həllərinin müzakirəsidir.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova açılış nitqi ilə qonaqları, iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb. Sonra AZEL Systems şirkətinin Baş Direkoru İqor Yakovenko açılış nitqi ilə çıxış edib, şirkətin fəaliyyəti barədə iştirakçılara məlumat verib. Tekla Trimble şirkətinin kommersiya direktoru Denis Kuptsov isə “Tikinti sahəsinin rəqəmsallaşdırılmasında ümümdünya trendləri, BIM texnologiyası və Trimble həlləri” adlı məruzə ilə çıxış edib. Sonra, Azfen şirkətinin baş direktoru Həmid Həsənov, SOCAR Foster-Wheeler Engineering-in baş direktoru (Elməddin Dadaşov öz təcrübələrini bölüşüb, iş prosesində AZEL Systems-in təqdim etdiyi yüksək texnologiyaların tətbiqində əldə edilən uğurlardan danışıb. Konfransda BİM texnologiyalarının trendləri və Trimble istehsalı olan digər proqram təminatları (Tekla Structures, SketchUp, Trimble Connect) da ayrıca müzakirə olunub.

Konfransda çıxış edən Trimble Solutions şirkətinin kommersiya direktoru Denis Kuptsov bildirib ki, Azərbaycanda belə bir Trimble konfransı ilk dəfə AzMİU-da təşkil olunub. “Biz rəqəmsal texnologiyaların inkşafı və onlara keçidin vacibliyini anlayan yerli mütəxəsislərlə dialoq qurmağı planlaşdırırıq”.

Konfransın sonunda AZEL Systems şirkəti uğurlu əməkdaşlığa görə partnyorlarını mükafatlandırıb, onlara sertifikatlar təqdim edib.

İki gün davam edəcək konfransın ikinci günü AzMİU-nun tələbələri üçün Tekla Structuresdan istifadə üzrə praktiki master-klass təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti