...

ADRA kollektivi Beynəlxalq Ahıllar Gününü onlarla birgə qeyd edib. (FOTO)

Cəmiyyət Materials 2 Oktyabr 2019 18:27 (UTC +04:00)
Yaşlı nəslə hörmət və ehtiram xalqımıza məxsus qədim dəyərlərdəndir.
ADRA kollektivi Beynəlxalq Ahıllar Gününü onlarla birgə qeyd edib. (FOTO)

Bakı. Trend:

Yaşlı nəslə hörmət və ehtiram xalqımıza məxsus qədim dəyərlərdəndir. Xalqın milli ruhunu və mənəvi zənginliyini məhz onların timsalında duyuruq. 1 oktyabr – Beynəlxalq Ahıllar Günü münasibəti ilə Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) kollektivi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionatında olub.

ADRA-dan Trend-ə verilən məlumata görə, görüşdə yaşlıların ilin hər günündə diqqət və qayğıya layiq olduqları və ADRA kollektivinin bu əlamətdar tarixdə yaşlı nəslin nümayəndələri ilə birlikdə olmaqdan məmnunluq hissi keçirdiyi vurğulanıb.

Qeyd edilib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır və onlar daima dövlətin diqqətindədirlər. Müəssisənin sakinləri göstərilən yüksək qayğıya görə təşəkkürlərini bildiriblər. Daha sonra Agentlik nümayəndələri sakinlərə sovqat təqdim ediblər.

Qeyd edək ki, BMT Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnaməyə uyğun olaraq, hər il 1 oktyabr bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti