...

Vladivostokda məşhur bakılıya heykəl qoyuldu

Cəmiyyət Materials 7 Noyabr 2019 13:41 (UTC +04:00)
Rusiyanın Vladivostok şəhərində sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgenin heykəli ucaldılıb
Vladivostokda məşhur bakılıya heykəl qoyuldu

Bakı. Trend:

Rusiyanın Vladivostok şəhərində sovet kəşfiyyatçısı, bakılı Rixard Zorgenin heykəli ucaldılıb.

Trend-in məlumatına görə, açılış mərasimi "Vladivostokun 100 illiyi" prospektində əfsanəvi kəşfiyyatçının adını daşıyan parkda baş tutub.

Qeyd olunub ki, həmin bölgədə R.Zorge öz əməkdaşları ilə birgə Yaponiyadan kəşfiyyat məlumatları əldə edib.

Heykəlin təməl daşı 2012-ci il noyabrın 7-də qoyulmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti