...

Dünyada bir ilki Azərbaycan etdi - 5 yaşlı uşağın üzərində iki mürəkkəb əməliyyat

Cəmiyyət Materials 4 Dekabr 2019 12:11 (UTC +04:00)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Dünyada bir ilki Azərbaycan etdi.

Trend-in məlumatına görə, Mərkəzi Gömrük Hospitalında ürək-damar cərrahları ilə birgə, 5 yaşlı uşağın üzərində eyni seansda iki mürəkkəb əməliyyat baş tutub.

Belə ki, 13 noyabr tarixində hospitalda 5 yaşlı pasiyentin üzərində eyni seansda Dr. Rəşad Mahmudovun rəhbərliyi altında ürək-damar cərrahları tərəfindən koronar by-pass əməliyyatı və Dr. Mircəlal Kazıminin komandası tərəfindən qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.

Dünyada ilk dəfə icra olunan unikal əməliyyat uğurla baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti