...

"Bu şəhərdə" Xarkovda yaşayan soydaşlarımıza sevinc dolu anlar yaşadıb (FOTO)

Cəmiyyət Materials 20 Dekabr 2019 17:24 (UTC +04:00)
Xarkovda Azərbaycanın "Bu şəhərdə" komediya teatrının "Hamı 19 ilə" konsert proqramı nümayiş olunub.
"Bu şəhərdə" Xarkovda yaşayan soydaşlarımıza sevinc dolu anlar yaşadıb (FOTO)

Bakı. Trend:

Xarkovda Azərbaycanın "Bu şəhərdə" komediya teatrının "Hamı 19 ilə" konsert proqramı nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin dəstəyi ilə gerçəkləşdirilən ikigünlük tədbir Y.Mudrov adına Xarkov Milli Universitetinin Tələbə Sarayında baş tutub. Prodüser Müşfiq Abbasovun müəllifi olduğu konsert proqramında “Bu şəhərdə”nin aktyorları, Əməkdar artistlər Coşqun Rəhimov və Rəfael İsgəndərov iştirak ediblər. Onların təqdim etdikləri yumoristik səhnəciklər tamaşaçıların alqışları ilə qarşılanıb. Konsertdə Əməkdar artist Rəşad İsmayılov aparıcılıq edib.

Tədbir zamanı Dövlət Komitəsi rəhbərliyinin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriki də soydaşlarımıza çatdırılıb. Bildirilib ki, Dövlət Komitəsi bütün dünyada, o cümlədən Ukraynada yaşayan azərbaycanlıların təşkilatlanması, bir araya gəlməsi, onların arasında həmrəyliyin daha da möhkəmlənməsi, yaşadıqları ölkənin ictimai-siyasi həyatına inteqrasiyanın təmin edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirir.

Gələn il martın 27-də "Bu şəhərdə"nin Xarkovda daha bir konsert proqramının təqdim olunması nəzərdə tutulur. Qeyd edək ki, indiyədək teatr Rusiya, Böyük Britaniya və Gürcüstanda qastrol səfərlərində olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti