...

Naftalanda bələdiyyəyə 20 üzv seçiləcək

Cəmiyyət Materials 23 Dekabr 2019 14:17 (UTC +04:00)
Naftalanda da bütün məntəqələrdə səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səhər saat 08:00-dan başlayıb
Naftalanda bələdiyyəyə 20 üzv seçiləcək

Bakı. Trend:

Respublikanın hər bir bölgəsində olduğu kimi, Naftalanda da bütün məntəqələrdə səsvermə Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq səhər saat 08:00-dan başlayıb.

Trend xəbər verir ki, səhər saatlarından məntəqələrdə seçicilərin aktivliyi müşahidə olunur.

96 saylı Goranboy – Naftalan Dairə Seçki Komissiyası üzrə 5 məntəqə var. Dörd məntəqə Naftalan şəhərində, 1 məntəqə isə Qaşaltı Qaraqoyunlu kəndində fəaliyyət göstərir. DSK üzrə seçici sayı 4800 nəfərdir. 18 yaşı tamam olan 74 nəfər ilk dəfə səs verəcək. Onlardan 7 nəfərin 18 yaşı səsvermə günü tamam olur.

Qeyd edək ki, bu gün Naftalan bələdiyyəsinə 11 üzv seçiləcək. Qeydə alınan namizəd sayı 30-dur. Qaşaltı bələdiyyəsinə isə 26 namizəd arasından 9 üzv seçiləcək.

Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov saat 08:00-dan etibarən seçki məntəqələrinin seçicilərin səs verməsi üçün açıq elan edildiyini bildirib.

Bu il bələdiyyə seçkilərində 1606 bələdiyyə üzrə 15 156 bələdiyyə üzvü seçilməlidir. Ümumilikdə seçkilərdə 41 462 namizəd iştirak edir. Seçkilərdə iştirak edən partiyaların sayı 13-dür. Namizədlərin 3-də 1-i 13 siyasi partiyanın nümayəndələri, 3-də 2-si isə namizədliklərini özləri irəli sürən vətəndaşlardır.

Bələdiyyə seçkilərini 17 beynəlxalq, 52 636 yerli müşahidəçi müşahidə edəcək.

Seçkilərlə əlaqədar olaraq dekabrın 23-ü qeyri-iş günü elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti