...

Azərbaycan İlahiyyat İnstitutunda imtahan prosesi ilə əlaqədar “Açıq qapı” günü keçiriləcək

Cəmiyyət Materials 14 Yanvar 2020 13:29
İmtahanlar ictimaiyyətə açıq təşkil olunur.
Azərbaycan İlahiyyat İnstitutunda imtahan prosesi ilə əlaqədar “Açıq qapı” günü keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) payız semestrinin qış imtahan sessiyası ilə əlaqədar 17 yanvar 2020-ci il tarixdə “Açıq qapı” günü keçiriləcək.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, valideynlər, KİV, qeyri-hökumət təşkilatları və digər ictimaiyyət nümayəndələri təşkil olunacaq “Açıq qapı” günündə iştirak edə, imtahan sessiyasını yaxından izləyə bilərlər.

“Açıq qapı” günündə imtahan prosesini izləyənlərə 2019-2020-ci tədris ili payız semestri imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi məqsədilə təhsil müəssisəsində hansı tədbirlərin görüldüyü barədə məlumat veriləcək. Onlar, eyni zamanda, imtahan keçirilən auditoriyalarda olub, ayrı-ayrı fənlər üzrə qış imtahan sessiyasının prosesini izləyə biləcəklər.

Qeyd edək ki, imtahanlar ictimaiyyətə açıq təşkil olunur. Sessiyaya nəzarət aparıcı təhsil ekspertləri, qeyri-hökumət təşkilatları, media nümayəndələri və bir tələbədən ibarət İctimai Nəzarət Şurası tərəfindən həyata keçirilir. İmtahanlarda şəffaflığın təmin olunması üçün ictimaiyyət nümayəndələri və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması məqsədilə müvafiq tədbirlər həyata keçirilib.

Məlumat üçün bildiririk ki, imtahanlar 31 yanvar 2020-ci ilədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti