...

TƏBİB 10 yaşlı uşağın ölümü ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 14 Yanvar 2020 15:43 (UTC +04:00)
2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib.
TƏBİB 10 yaşlı uşağın ölümü ilə bağlı məlumat yayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

11 yanvar 2020-ci il tarixində saat 10:24-də 2010-cu il təvəllüdlü Mahatov Turan Tural oğlu Balakən rayon Mərkəzi Xəstəxanasına kəskin respirator virus infeksiyası ilə gətirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, xəstəyə ilkin ambulator yardım göstərildikdən sonra evə buraxılıb.

12.01.2020 tarixində saat 00:05-də ağırlaşma ilə yenidən xəstəxanaya müraciət olunub, təcili yardım şöbəsində yardım edilib. Valideynləri tərəfindən Bakıya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti