...

Azərbaycanda qədim kəhrizlər bərpa ediləcək (FOTO)

Cəmiyyət Materials 17 Yanvar 2020 19:24 (UTC +04:00)
Hazırda Goranboy rayonun Kələk kəndi ərazisindəki kəhrizdə kəşfiyyat-qazma işləri aparılmaqdadır.
Azərbaycanda qədim kəhrizlər bərpa ediləcək (FOTO)

Bakı. Trend:

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində regionlarda bərpası nəzərdə tutulan kəhrizlərdə texniki qiymətləndirmə işlərini davam etdirir.

Təşkilatdan Trend-ə verilən məlumata görə, hazırda Goranboy rayonun Kələk kəndi ərazisindəki kəhrizdə kəşfiyyat-qazma işləri aparılmaqdadır.

Adı çəkilən layihə çərçivəsində məcburi köçkünlərində sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Fuzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində 40-a yaxın kəhrizin bərpası nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti