...

Türkiyədə oxumaq istəyənlər üçün təqaüd proqramı elan olundu

Cəmiyyət Materials 21 Yanvar 2020 16:37 (UTC +04:00)
Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub.
Türkiyədə oxumaq istəyənlər üçün təqaüd proqramı elan olundu

Bakı. İlhamə İsabalayeva - Trend:

Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə “Türkiyə bursları” təqaüd proqramı elan olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

Proqramda iştirak üçün sənədlərin qəbulu https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply internet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənəd qəbulunun son müraciət tarixi 20 fevraldır.

Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsi ilə tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti