...

“Könüllü qonaq” təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar (FOTO)

Cəmiyyət Materials 23 Yanvar 2020 10:23 (UTC +04:00)
Region gənclərimiz #konulluqonaq-la könülləri fəth etməyə davam edirlər
“Könüllü qonaq” təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar (FOTO)

Bakı. Trend:

Region gənclərimiz #konulluqonaq-la könülləri fəth etməyə davam edirlər.

Trend-in məlumatına əsasən, ölkə Prezidenti İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsünə Ağcabədi gəncləri də qoşulublar.

Qayğıya xüsusi ehtiyacı olan rayon sakininin evinə baş çəkən gənclər təmizlik işləri aparıb, həyətdə və bağda səliqə-sahman yaradıb, ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər.

Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti